Məşhur aktrisa hava limanında saxlanıldı

21.09.2026

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyənin məşhur aktrisası Afra Saraçoğlu narkotiklərlə bağlı aparılan istintaq çərçivəsində saxlanılıb.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, Fransada olan Afra Saraçoğlu Türkiyəyə qayıtdıqdan sonra hava limanında saxlanılıb.

Afra Saraçoğlu daha əvvəl məsələ ilə bağlı açıqlama verərək xəbəri xaricdə olarkən öyrəndiyini bildirmişdi:

“Çox əvvəlcədən planlaşdırılmış iş səfəri ilə əlaqədar hazırda Türkiyədə deyiləm. Ədalətin bərqərar olması və prosesin düzgün şəkildə davam etməsi üçün ən qısa zamanda ölkəmə qayıdaraq məhkəmə orqanları ilə tam əməkdaşlıq şəraitində ifadə verəcəyəm. Ürəyim rahatdır, hər şeyin aydınlaşacağına inanıram”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью