Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Nyu-York şəhərində İsrail əleyhinə keçirilən mitinqdə həbs olunanlar arasında ABŞ-li məşhur aktrisalar Syuzan Sarandon və Hanna Aynbinder də var.
Moderator.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri yazıb.
Məlumata görə, polis əməkdaşları onların əllərinə plastik qandal taxaraq aparıblar.
İcazəsiz nümayiş "Sülh naminə yəhudi səsi" təşkilatı tərəfindən təşkil edilib. Etirazçılar əllərində "İsraili silahlandırmağı dayandırın" yazılı lövhələr tutublar.
Nyu-York şəhər polisinin nümayəndəsi bildirib ki, etirazçılar yol kəsişməsini blokladığı zaman polis əməkdaşları "planlaşdırılmamış nümayiş" barədə məlumatlara cavab veriblər.
"Polis əməkdaşları aksiya iştirakçılarına dağılışmağı əmr ediblər, lakin onlar yolu bağlamağa davam ediblər. Əmrə tabe olmayan bir neçə nəfər nəzarət altına alınıb", - deyə polis bildirib.
"Telma və Luiza", "Rokki Horrorun dəhşətlər şousu" və "İstvik cadugərləri" filmlərinin ulduzu olan Syuzan Sarandon daha əvvəllər də İsrail əleyhinə mövqe ilə çıxış edib. Bu ay Venesiya Film Festivalında o, öz baxışlarına görə işini itirdiyini bildirib.