Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Tanınmış aktrisa Songül Öden şəxsi həyatı ilə gündəmə gəlib.
BAKU.WS xəbər verir ki, o ilk dəfə həyat yoldaşı, iş adamı Arman Bıçakçı ilə tanışlıq hekayəsindən danışıb.
Aktrisa bildirib ki, onlar Türkiyədə turistlərin və yerli əhalinin axın etdiyi "Kapalıçarşı"da tanış olublar:
"Həyat yoldaşıma həmişə "Səni bazardan aldım" deyirəm. Biz ilk dəfə "Kapalıçarşı"da tanış olduq. Lakin bir-birimizi həmin vaxt çox da sevmirrdik. Ondan çox təsirlənmişdim amma bu ilk görüşdə sevgi deyildi. Lakin onun haqqında bu sözləri deyə bilmərəm".
Qeyd edək ki, cütlük 2020-ci ildə tanış olub və ailə qurub.
Qalereya