Məşhur aktrisa “Kral Kaybederse”də

07.04.2025

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Türkiyəli məşhur aktrisa Müjde Uzmanın yeni layihəsi bəlli olub.

“Cebheinfo.az” xəbər verir ki, sənətçi “Star TV”nin yüksək reytinqli seriallarından “Kral Kaybederse”də rol alacaq.

O, ekran işində “Cansu” obrazı ilə tamaşaçıların qarşısına çıxacaq. Beləliklə, Müjde Uzman “Muhteşem Yüzyıl”dan sonra yenidən Halit Ergenç ilə eyni layihədə rol alacaq.

Qeyd edək ki, gözəl aktrisa karyerası ərzində “Halil İbrahim Sofrası”, “Muhteşem Yüzyıl”, “20 Dakika”, “Eşkıya Dünyaya Hükümdar Olmaz”, “Kiralık Aşk”, “Savaşçı”, “Evlilik Hakkında Herşey” və “Kızılcık Şerbeti” kimi iddialı seriallarda çəkilib.

Elmir
“Cebheinfo.az”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью