Məşhur aktrisa “Prens”in üçüncü sezonunda!

27.12.2024

Icma.az, Olay.az portalına istinadən məlumat yayır.

Məşhur aktrisa “Prens”in üçüncü sezonunda!

Blu TV-nin MGX Film istehsalı olan “Prens” serialının 3-cü mövsüm aktyor heyətinə Binnur Kaya qoşulub.

OLAY yazır ki, o, serialda “Venesiya Kraliçası” obrazını canlandıracaq.

Rejissoru Bülent İşbilen olacaq serialın yeni mövsüm aktyor heyətində Giray Altınok, Derya Pınar Ak, Serdar Orçin, Aslı Tandoğan, Bahadır Vatanoğlu, Çağdaş Onur Öztürk, Ceyda Düvenci, Onur Özaydın və Çağlar Ertuğrul ilə yanaşı Osmanlı dövrünə aid obrazlar da yer alacaq.

Türkiyənin ilk virtual studiyasında çəkilən serialın yeni mövsüm çəkilişləri 7 yanvarda başlayacaq. “Prens” serialının 3-cü mövsümü tezliklə Blu TV-də yayımlanacaq!

Qeyd edək ki, serialın prodüseri MGX Filmin rəhbəri Müşviq Quluzadədir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью