Məşhur aktrisa prezidentin oğlu ilə görüntüləndi

22.11.2024

Icma.az, Sonxeber.az portalına istinadən məlumat verir.

Məşhur aktrisa prezidentin oğlu ilə görüntüləndi

Məşhur aktrisa Ana de Armas Kuba prezidenti Migel Diaz-Kanelin ögey oğlu Manuel Anido Kuesta ilə Madrid küçələrində görüntülənib.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, romantik şam yeməyindən sonra onlar Armasın Salsa adlı itini gəzdiriblər.

36 yaşlı gözəl aktrisa ağ yun palto və cins şalvar geyinib, sevgilisi isə qara paltarlara üstünlük verib.

Latın Times-ın məlumatına görə, cütlüyün münasibəti may ayında başlayıb. Bu məlumatı kubalı sosial media fenomeni Alexander Otaola da təsdiqləyib.

Qeyd edək ki, əvvəllər Ben Afflek və Tinder meneceri Paul Bukadakislə sevgili olan De Armas, "Blonde", "Knives Out" ve "Ghosted" kimi uğurlu filmlərdə rol alıb.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью