Məşhur aktrisa Qisasçılar 5 və Qisasçılar 6 filmlərində çəkilməyəcək

26.03.2025

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Aktrisa Elizabet Olsen "Qisasçılar 5" və "Qisasçılar 6" filmlərində çəkilməyəcəyini açıqlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə o, "The Hollywood Reporter"ə verdiyi müsahibədə bildirib.

Bu o deməkdir ki, qırmızı cadugər personajı "Marvel" kinematoqrafiya kainatının bu nəhəng layihələrində görünməyəcək.

Hazırda aktrisa FX telekanalının istehsal edəcəyi "Yeddi bacı" dram serialının pilot seriyasında çəkilməyi planlaşdırır.

"Marvel" kainatına gəldikdə, qırmızı cadugər son olaraq "Doktor Strenc" filmində görünüb. Personajın taleyi isə hələ də müəyyən deyil.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью