Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Amerikalı aktrisa, "Alatoran" filmindəki baş rolu ilə tanınan ulduz Kristen Stüart ABŞ-dan köçməyi düşündüyünü açıqlayıb. Səbəb kimi isə prezident Donald Trampın siyasətini göstərib.
Qaynarinfo-nun məlumatına görə, aktrisa "The Times" qəzetinə verdiyi müsahibədə bildirib ki, hazırda rejissor kimi karyerasını aktiv şəkildə inkişaf etdirir və gələcək filmlərini Avropada çəkməyi planlaşdırır.
Kristen Stüart qərarını belə izah edib: "Amerikada sərbəst işləyə bilmirəm. Amma tamamilə geri çəkilmək istəmirəm. Filmləri Avropada çəkmək, sonra isə onları Amerikan xalqına təqdim etmək istəyirəm".
O, həmçinin qeyd edib ki, Trampla administrasiyasının xaricdə çəkilmiş filmlərə tətbiq etmək istədiyi tariflər kino sənayesinə mənfi təsir göstərəcək:
"Reallıq Trampla tamamilə dağıdılır. Amma biz onun kitabından bir səhifə götürüb, yaşamaq istədiyimiz reallığı yaratmalıyıq".
Aydın