Məşhur aktrisa uşaqlarını götürüb ölkəsini tərk etdi

23.09.2026

Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Məşhur aktrisa və keçmiş model Tuba Ünsal həyatında yeni bir səhifə açıb.

BAKU.WS xəbər verir ki, o, övladlarının təhsili ilə əlaqədar İstanbulu tərk edərək Fransanın paytaxtı Parisə köçüb.

Bu barədə "Günaydın" qəzetinin yazarı Bülent Cankurt məlumat yayıb.

O bildirib ki, bu qərarın arxasında aktrisanın qızı Sare Moliere Liseyinə (Lycée Molière) qəbul olunması dayanır.

Tuba Ünsal Mirgün Cabasdan olan oğlu Civan Merti də götürərək Parisdə məskunlaşıb.

Onun köçmək qərarı sevgilisi Emir Ulusoydan ayrılmasına səbəb olub.

Bununla da sənətçi həm doğma şəhəri İstanbul ilə vidalaşıb, həm də təxminən iki ildir davam edən sevgisini sonlandırıb.

Qalereya

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью