Məşhur aktrisa xərçəng xəstəliyindən vəfat ETDİ

02.12.2024

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kolumbiyanın tanınmış aktrisası, "Pedro, el escamoso" teleserialında Dr. Paula obrazı ilə məşhurlaşan Sandra Reyes 49 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.

Redaktor.az xəbər verir ki, aktrisanın vəfatı ölkədə dərin kədər doğurub. Ailəsi onun vəfat xəbərini təsdiqləyib.

Serialın istehsalçısı Caracol Television açıqlama verərək bildirib: "Sandra Reyes həmişə ailəmizin bir üzvü kimi xatırlanacaq".

Seymur BƏNNAYEV 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью