Məşhur aktrisanın evini zəbt etdilər

08.05.2025

News24 portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son illərdə bir çox məşhurlar kimi xaricdə daşınmaz əmlaka sərmayə qoyan Ezgi Mola 2023-cü ildə İspaniyanın məşhur şəhərlərindən biri olan Barselonada ev alıb.

News24.az xəbər verir ki, ancaq məşhur aktrisanın bu sərmayəsi gözlənilməz zərərlə gündəmə gəlib. 

Barselonada yaşayan və vaxtaşırı evi yoxlayan Ezgi Molanın yaxın dostu son gəlişində evdə yad adamların yaşadığını görüb. 

Vəziyyəti dərhal Molaya xəbər verən dostu sayəsində məşhur aktrisa evinin qanunsuz zəbt olunduğunu öyrənib. 

Əldə edilən məlumata görə, Ezgi Mola vəkilləri vasitəsilə hüquqi prosesə başlayıb. Bununla belə, ekspertlər bildirirlər ki, İspaniyada işğalçılara qarşı məhkəmə iddiaları aylar, hətta illərlə çəkə bilər. Bu o deməkdir ki, Molanın qısa müddətdə evini geri qaytarması mümkün olmaya bilər.

Günel Məlikzadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью