Məşhur aktrisanın külünü oğurladılar

13.10.2026

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Honkonqda əfsanəvi aktrisa və müğənni Anita Muinin külünün saxlanıldığı urna oğurlanıb.

Bakıvaxtı.az xəbər verir ki, “Mothership” nəşrinin məlumatına görə, hadisə iyulun 18-də sənətçinin külünün saxlanıldığı Buddist məbədində baş verib.

Sənətçinin məzarını ziyarət edən pərəstişkarları urnanın yoxa çıxdığını aşkar ediblər. Hadisə ilə bağlı araşdırma başlansa da, hələlik nəticə əldə olunmayıb.

Anita Muinin ailəsi urnanın tapılmasına kömək edəcək məlumat verən şəxsə 50 min Honkonq dolları mükafat vəd edib.

Sənətçinin qardaşının sözlərinə görə, ailə heç bir fidyə tələbi almayıb. Həmçinin, urnanın internet üzərindən satışa çıxarılmasına dair məlumat yoxdur.

Qeyd edək ki, Anita Mui Honkonq musiqi və kino sənayesinin tanınmış simalarından biri olub. Onun irsi ilə bağlı ailə daxilində uzun müddətdir mübahisələrin olduğu bildirilir. Sənətçinin qardaşı Kaiming Mui də anası və digər qohumları ilə miras üstündə yaşanan münaqişə fonunda urnanın oğurlanması ilə bağlı ittihamlarla üzləşib. Bu ittihamların hazırkı istintaqla əlaqəsi barədə isə əlavə məlumat verilməyib.

Murad İsmayıl

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью