Məşhur aktrisanın ölüm səbəbi... Anasından açıqlama

16.06.2026

Icma.az bildirir, Axar.az portalına istinadən.

Xəbər verdiyimiz kimi, “Qızılcıq şərbəti” serialının məşhur aktrisası Ece İrtem 35 yaşında ürək tutmasından dünyasını dəyişib.

Axar.az xəbər verir ki, aktrisanın anası Nuriyə İrtem qızının ölümüylə bağlı ifadə verib.

“Saat 17:51-də evimizlə eyni küçədə yerləşən bir məkanda ad günü şənliyinə getdik. Tort kəsdik və birlikdə əyləndik. Saat 20:36-da evə qayıtdıq. Qızım sərxoş halda antidepresant dərmanını qəbul etdikdən sonra yatdı. Gecənin bir yarısı tualetə getmək üçün qalxdığını və sonra yenidən yatdığını eşitdim.

Səhər onu səhər yeməyinə çağırdın, amma cavab vermədi. Otağına girəndə ağzından pis bir mayenin axdığını gördüm. Çoxlu spirtli içki qəbul edirdi və eyni zamanda güclü antidepresant dərmanlar qəbul edirdi”, - o bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью