News24 saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ-da FOX telekanalının yarışması olan “Special Forces: World's Toughest Test”də yarışan aparan Hollivud ulduzu Denis Riçard proqramın çəkilişləri zamanı sinə implantlarının partladığını açıqlayıb.News24.az xəbər verir ki, məşhur aktrisa “Entertainment Weekly”yə verdiyi müsahibəsində yarışmadakı çətin bir mərhələdə körpüdən atladıqtan sonra implantlarının partladığını bildirib.Riçard sonradan meydana gələn şişlik səbəbindən yenidən əməliyyat oluna biləcəyindən qorxduğunu deyib.
Həkimə müraciət edib-etməmək barədə sual verildikdə Riçard müayinədən keçmək istədiyini bildirib.“Ona görə həkimə getmək və bədənimin ağırlıq qaldırmağa və digər fəaliyyətlərə davam etməyə uyğun olub-olmadığını yoxlamaq istədim”, - deyə Riçard bildirib.
“Bədənimə zərər vermədiyimdən əmin olmalıydım. İmplantlarla bağlı isə bununla davam edə biləcəyimi bilirdim.
Amma bu vəziyyəti söyləmək belə mənə utanc verirdi. Mənim üçün önəmli olan yırtıq əməliyyatımın olduğu ərazidə problem yaranmaması idi”, - a
Yarışma boyu partlamış implantlarla davam edən Riçard bu durumu düzəltmək üçün hələ əməliyyat olmadığını bildirib.
“İmplantlarla bağlı əməliyyat olunmalıyam”, - deyən aktrisa bildirib.
“Hələ özümə vaxt ayıra bilmirəm, amma bir neçə həftə içində əməliyyat planlaşdırıram. Ya dəyişdiriləcək, ya da tamamilə çıxarılacaq.