Məşhur aktyor 1.6 milyon manatlıq avtomobili ilə gündəmdə FOTOLAR

26.04.2026

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Türkiyəli məşhur aktyor Burak Özçivit avtomobilə olan marağı ilə yenidən gündəmə gəlib.
Demokrat.az
xəbər verir ki,  aktyor təxminən 30 milyon TL (1,6 milyon Azərbaycan manatı) dəyərində olan lüks avtomobilini texniki baxış üçün sənaye ustalarına aparıb. Onun bu addımı sosial şəbəkələrdə və mediada diqqət çəkib.
Bildirilir ki, Özçivit illər əvvəl aldığı avtomobilində müəyyən dəyişikliklər edib və onu şəxsi zövqünə uyğunlaşdırıb. Aktyorun avtomobillərə xüsusi maraq göstərdiyi və detallara önəm verdiyi qeyd olunur.
Qeyd edək ki, məşhur aktyorun uzun illərdir eyni ustalarla işləməsi və avtomobilini onlara etibar etməsi də diqqətdən yayınmayıb.

Читать полностью