Publika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Cənubi Koreyalı aktyor Park Minjae 32 yaşında ürək tutmasından vəfat edib.
Publika.az xəbər verir ki, aktyor “The Coop”, “Mr. Lee, Little Women”, “Bo-ra! Deborah” kimi filmlərdə oynayıb.
Minjae noyabrın 29-da qastrol səfərinə getdiyi Çində dünyasını dəyişib.
Bununla bağlı onun sosial media hesabından açıqlama verilib: “Sənətini sevən və hər zaman əlindən gələni edən aktyor Park Minjae dünyasını dəyişib. Ona olan sevginizi və qayğınızı yüksək qiymətləndirik”.
Minjaenin qardaşı da sosial şəbəkədə paylaşım edərək pərəstişkarlarından sevimli qardaşını unutmamağı xahiş edib.
Aysel Şahmar