Məşhur aktyor 46 yaşında vəfat etdi

27.10.2026

Azxeber.com saytına istinadən Icma.az xəbər verir.

"Looney Tunes” cizgi filminin "Bugs Bunny" və "Daffy Duck" kimi məşhur personajlarını səsləndirən, "Emmy” mükafatlı aktyor Erik Bauza 46 yaşında vəfat edib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, onun ölüm xəbərini ailəsi sosial şəbəkədə açıqlayıb.

Ölüm səbəbi hipertenziv ürək-damar xəstəliyi kimi göstərilib.

Karyerası ərzində 400-dən çox layihədə iştirak edən Bauza "Warner Bros. Animation” şirkətində 15 il çalışıb. O, "Bugs Bunny" və "Daffy Duck" ilə yanaşı, "Porky Pig", "Tweety və Road Runner" kimi personajları da səsləndirib.

Gülay

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью