Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
Dünya şöhrətli aktyor və rejissor Stiven Siqal Rusiya vətəndaşlığını aldıqdan sonra ABŞ-dəki bütün daşınmaz əmlakını satıb.
Bakıvaxtı.az “Life SHOT”a istinadən xəbər verir ki, aktyorun ABŞ-dəki üç malikanəsi satılıb.
Məlumata görə, Siqal 2017-ci ildə Tennessi ştatındakı 743 kvadratmetrlik malikanəsini 880 min dollara satıb. 2021-ci ildə Arizonadakı evini 3,55 milyon dollara, 2022-ci ildə isə Kaliforniyadakı villasını 7 milyon dollara satıb.
Nəşrin məlumatına görə, Siqal Rusiyada saxta investisiya layihəsinin təşviqində ittiham olunan iş üzrə cavabdeh kimi göstərilib. İddiaçıların aktyora sənədləri təqdim edə bilmədiyi bildirilir.
Qeyd edək ki, Stiven Siqal 2016-cı ildə Rusiya vətəndaşlığını qəbul edib. 2024-cü ilin mayında Rusiya Prezidenti Vladimir Putin aktyoru beynəlxalq mədəni və humanitar əməkdaşlığın inkişafındakı xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edib.
2026-cı ilin yanvarında aktyor Moskva vilayətindəki malikanəsini satışa çıxarıb.
Murad İsmayıl