Məşhur aktyor cinsi zorakılıqda ittiham olundu

29.07.2026

Icma.az, Kulis.az portalına istinadən məlumatı açıqlayır.

Oskar mükafatlı amerikalı aktyor və müğənni Cared Leto cinsi zorakılıqda ittiham olunur.

Kulis.az xəbər verir ki, BBC tərəfindən hazırlanan “Jared Leto: Hollywood's Dark Secret” (Cared Leto: Hollivudun qaranlıq sirri) adlı yeni sənədli filmdə 10 qadın məşhur sənətçi ilə bağlı dəhşətli iddialar səsləndirib.

Onlardan dördü Cared Letonun onlar hələ yeniyetmə (14–19 yaşlarında) olarkən onlara təcavüz etdiyini, hədələdiyini və məşhurluq statusundan sui-istifadə edərək təzyiq göstərdiyini bildirib. Sənədli filmdə yer alan iddialar 2002–2016-cı illər aralığını əhatə edir.

Qeyd edək ki, 54 yaşlı Cared Leto “Dallas Buyers Club” (Dallas alıcılar klubu), “Requiem for a Dream” (Arzu üçün rekviyem) və “Fight Club” (Döyüş klubu) kimi məşhur filmlərdəki unudulmaz rolları ilə tanınır.

Gözləri tutulandan sonra ən məşhur tablolarını yaratdı - Dahilərin müəllimi haqqında Muzeyin döşəməsinə fıstıq əzməsi çəkildi - Səbəb Alt dodaqdan üst dodağa qalxa bilməyən səsə qədər... - Rəsul Rza
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью