Məşhur aktyor evində ölü tapıldı

05.09.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Türkiyəli məşhur aktyor Serhat Kılıç İstanbulun Kağıthane rayonundakı evində ölü tapılıb. 

“Qafqazinfo”nun xəbərinə görə, hadisə saat 17:00 radələrində Nurtepe məhəlləsində baş verib.

Cümə axşamından bəri 51 yaşlı Kılıçdan xəbər ala bilməyən sevgilisi Özlem E. onun evinə gəlib. Qapını döyüb cavab almadıqdan sonra özündəki açarla mənzilə daxil olub.

Özlem E. aktyoru qonaq otağında kresloda hərəkətsiz vəziyyətdə tapıb. Onun nəfəs almadığını və bədəninin soyuq olduğunu görən qadın 112 Təcili Zəng Mərkəzinə zəng edib.

Hadisə yerinə polis və tibbi qruplar göndərilib. Tibb işçiləri Serhat Kılıçın öldüyünü təsdiqləyiblər.

Özlem E. polisə verdiyi ifadədə Kılıçın limfa xərçəngindən müalicə aldığını və cümə axşamından bəri onunla əlaqə saxlaya bilmədiyini bildirib.

Polis aktyorun ölümü ilə bağlı araşdırmanı davam etdirir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью