Məşhur aktyor gənc yaşında vəfat etdi FOTO

03.12.2024

Icma.az, Manset saytına istinadən bildirir.

Cənubi Koreyalı aktyor Park Min-jae 32 yaşında ürək tutmasından vəfat edib.

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Əldə edilən məlumata görə, Min-jae noyabrın 29-da qastrol səfərinə getdiyi Çində son nəfəsini verib.

Aktyorun agentliyi "Big Title" sosial media hesabından açıqlama verib:

"Aktyorluğu sevən və hər zaman əlindən gələni edən aktyor Park Min-jae dünyasını dəyişdi. Ona olan sevginizi və qayğınızı səmimiyyətlə qiymətləndiririk. Biz səni hər zaman xatırlayacağıq. Qürurla yat".

Min-jaenin qardaşı da sosial şəbəkədə paylaşım edərək pərəstişkarlarından sevimli qardaşını unutmamağı xahiş edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью