Məşhur aktyor Halk Hoqan xəstəxanaya yerləşdirilib

19.06.2025

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Məşhur amerikalı aktyor və restler Halk Hoqan boyun və kürəyindəki problemlərlə əlaqədar xəstəxanaya yerləşdirilib.

Oxu.Az bu barədə TMZ saytına istinadla xəbər verir.

Radioaparıcı Todd Klem restlinq ulduzunun vəziyyətinin ağır olduğunu və sağ qala bilməyəcəyini açıqlayıb.

Hoqanın nümayəndəsi isə jurnalistlərə bildirib ki, 71 yaşlı Hoqan əvvəlki xəstəliklərlə mübarizə aparır və boyun əməliyyatından sonra yenidən hərəkət edə bilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью