Kulis.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
50 illik karyerası ərzində 47 ölkədə səhnəyə çıxan məşhur aktyor Con Malkoviç rejissor Martin MakDonanın "Wild Horse Nine" filmi ilə yenidən gündəmdədir.
Kulis.az xəbər verir ki, film Pasxa adasında yaşayan, keçmişdə dövlətləri devirən və sui-qəsdlərdə iştirak edən "CIA" agenti Kris rolunu canlandıran Malkoviçə ilk "Oskar" namizədliyini gətirə bilər.
Bununla yanaşı, 72 yaşlı aktyor mətbuat orqanlarına verdiyi açıqlamasında Hollivud mərkəzli həyat tərzindən imtina edərək teatr, klassik musiqi və beynəlxalq layihələrlə zəngin həyat sürdüyünü deyib.
O, təqdimatlardan qaçaraq bütün vaxtını yeni layihələrə həsr etdiyini vurğulayıb.
Dilini bilmədiyi ölkələrdə (Yaponiya, Meksika) belə teatr tamaşalarına rejissorluq edən sənətçi bu yanaşmasını fasiləsiz öyrənmək eşqi ilə izah edib.
Son illərdə klassik musiqi orkestrləri ilə birgə səhnə alan və həmçinin moda sahəsində də kolleksiyalar hazırlayan Malkoviç istədiyi kimi yaşamağın hər zaman bir bədəli olduğunu, lakin seçimindən peşman olmadığını bildirib.
Xalq artisti Firəngiz Əlizadəyə ağır itki Trampın çılpaq heykəli "COP31"də nümayiş olunacaq Selin Dionun ikonik "Titanik" görünüşlü Barbi gəlinciyi hazırlandı