Məşhur aktyor müharibədə HƏLAK OLDU FOTO

14.12.2024

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ukraynalı teatr və kino aktyoru Yakov Tkaçenko müharibədə həlak olub.

UNİAN-a istinadən xəbər veririk ki, onun ölümünü aktrisa İrma Vitovskaya-Vantsa xəbər verib.

Qeyd edək ki, aktyor "Dovbush", "Çervoniy", "Prıputnı", "Çina pravdi", "Bezslavni kripakı" filmləri və "Perevizinitsa" serialı ilə tanınır.

Məlumata görə, Tkaçenko 2022-ci ilin mart ayında Ukrayna Silahlı Qüvvələrinin 128-ci ərazi müdafiəsi briqadasına qoşulub. O, 2023-cü ildə ordudan tərxis edilib, amma sonra 3-cü ayrıca hücum briqadası ilə cəbhəyə qayıdıb. Aktyor Donetsk istiqamətində iki dəfə yaralanıb. (Musavat.com)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью