Məşhur aktyor özünə piramida məzar aldı

14.09.2026

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ağılagəlməz xərcləmələri ilə daim diqqət mərkəzində olan 62 yaşlı aktyor Nikolas Keyc Yeni Orleanın ən məşhur qəbiristanlıqlarından birində özü üçün qeyri-adi, doqquz metr hündürlüyündə piramida formalı bir məzar alıb.

“Cebheinfo.az” “RadarOnline.com”-a  saytına bildirib ki, Keyc ağ daş abidəni əsrlər əvvələ məxsus məzarların yanında yerləşən və məşhur 19-cu əsrdə yaşamış və xalq arasında "vudu kraliçası" kimi tanınan  Mari Laveonun dəfn olunduğu güman edilən yerin yaxınlığında, 1 nömrəli Sent-Luis qəbiristanlığından sifariş edib.

"Milli xəzinə" ulduzunun 2020-ci ildə Yeni Orleana səfəri zamanı qeyri-adi məzar üçün 20.000 ilə 61.000 dollar arasında pul ödədiyi bildirilir.

Aktyorun qeyri-adi alış-verişləri ilə tanış olan bir mənbə bildirib: 

"Nikolasın illər ərzində pul xərclədiyi bütün şeylər arasında öz dəfni üçün nəhəng bir piramida almaq bəlkə də etdiy ən böyük dəliliklərdən biridir. Əksər Hollivud ulduzları əvvəlcədən dəbdəbəli bir dəfn mərasimi planlaşdıra bilərlər, amma Nikolas əslində hələ sağ ikən özünə bir abidə alıb".

Piramidanın üzərində adətən "Hamısı birdən" kimi tərcümə olunan Latınca "Omnia Ab Uno" yazısı var. Bundan başqa, 2007-ci ildə aktyor şəhərin Fransız Məhəlləsindəki məşhur və qaranlıq LaLaurie malikanəsini 3,4 milyon dollara satın alıb.

Lakin 2009-cu ilə qədər Keyc təxminən 14 milyon dollarlıq federal vergi borcu ilə üzləşib.Onun bahalı alışları arasında aktyorun 2006-cı ildə 3 milyon dollara aldığı Baham adalarındakı 15 akrlıq özəl Lif Key adası da var idi. O, həmçinin Almaniyada Schloss Neidstein və İngiltərədə Midford Qalasını da əldə edib.

Bir vaxtlar Oskar mükafatçısının Kaliforniyanın Nyuport Biç şəhərindəki çimərlik malikanəsi və Las Veqasdakı ev də daxil olmaqla 15 mülkə sahib olduğu bildirilirdi.

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью