Məşhur aktyor son vəziyyəti ilə bağlı açıqlama verdi

25.09.2026

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ölkə.az xəbər verir ki, aktyor son vəziyyəti ilə bağlı sosial media hesabında paylaşım edib.

"Əziz dostlar, bildiyiniz kimi son günlər səhhətimlə bağlı narahatlığım oldu, xəstəxanaya yerləşdirildim. Mediada kifayət qədər bu barədə məlumat yayıldığından təfərrüata ehtiyac görmürəm. Hazırda evdəyəm, özümü yaxşı hiss edirəm, müalicəmi ev şəraitində davam etdirəcəm.

Xəstəxanada olduğum müddətdə mənim üçün narahat olan doğmalarıma, yaxınlarıma, çalışdığım Milli Gənc Tamaşaçılar Teatrının kollektivinə, səhhətimlə ilk gündən xüsusi qayğı ilə maraqlanan teatramızın direktoru, dəyərli, əziz Naidə xanım İsmayılzadəyə və məni sevən tamaşaçılarıma təşəkkürümü bildirirəm. Eləcə də, müalicə olunduğum "Medicare" hospitalın həkimlərinə, tibbi personalına və hörmətli media işçilərinə, jurnalist dostlarımıza minnətdaram. Diqqətiniz üçün hər birinizə sonsuz təşəkkürlər!", - o paylaşımında qeyd edib.

Həmidə İbrahimova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью