Reyting.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rusiyalı məşhur aktyor və müğənni Mixail Boyarski cəriməni vaxtında ödəmədiyi üçün yenidən cərimələnib.
Reyting.az Rusiya mətbuatına istinadla xəbər verir ki, Mixail Boyarski bu dəfə məhkəmənin qərarına tabe olacağını bildirib.
Sankt-Peterburqdan onun ünvanına gələn məhkəmə qərarına görə, Boyarski ödənilməmiş məbləğin iki qatı miqdarında cərimələnib. Məhkəmənin qərarı qanuni qüvvəyə minib və Boyarski apellyasiya şikayəti verməyəcəyini açıqlayıb.
Maliyyə insidentinin təfərrüatları barədə heç nə deyilmir.
V. QULİYEV