Kulis.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rusiyanın Əməkdar artisti Dmitri Tverdoxlebov 74 yaşında vəfat edib.
Kulis.az xəbər verir ki, bu barədə Moskva Operetta Teatrı öz teleqram kanalında məlumat yayıb.
Bildirilir ki, sənətçi martın 16-da dünyasını dəyişib. Teatrın kollektivi mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.
Qeyd edək ki, 13 iyul 1951-ci ildə Qorki şəhərində anadan olan Dmitri Tverdoxlebov hələ GİTİS-in (Rusiya Teatr Sənəti İnstitutu) sonuncu kurs tələbəsi olarkən Moskva Operetta Teatrının truppasına dəvət edilib. 1974-cü ildə ali təhsilini başa vurduqdan sonra o, uzun illər bu teatrın aparıcı solisti və aktyoru kimi fəaliyyət göstərib..
Prezident Kitabxanasında Tamilla Axundova ilə görüş təşkil olundu Müharibə mövzusunda yazılmış cəsarətli roman - Əminə İbrahimli Gülzar Şərifovanın “Şeirlər toplusu” nəşr olundu