Məşhur aktyor vəfat etdi

01.12.2024

Icma.az, Publika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Məşhur aktyor Nils Arestrup 75 yaşında vəfat edib.

Publika.az xəbər verir ki, bu haqda aktyorun xanımı İzabel de Novel paylaşım edib.

O bildirib ki, sənətçi Paris yaxınlığındakı evində vəfat edib. Aktyorun ölüm səbəbi açıqlanmayıb.

Fransız əsilli danimarkalı aktyor, rejissor N.Arestrup “Ürəyimin döyüntüsü” və “Peyğəmbər” filmlərindəki rollarına görə “Sezar” mükafatına layiq görülüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью