Məşhur aktyor vəfat etdi

09.11.2024

Publika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Amerikalı aktyor Toni Todd vəfat edib.

Publika.az xəbər verir ki, Todd noyabrın 6-da Los-Ancelesdəki evində dünyasını dəyişib.

69 yaşlı aktyorun ölümünün səbəbi isə açıqlanmayıb.

Qeyd edək ki, aktyorluq karyerasına 1980-ci illərdə başlayan Toni Todd "Candyman" və "Final Destination" filmləri ilə tanınıb. Aktyor "The Flash" və "Riverdale" (2017-2023) seriallarında da rol alıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью