Məşhur aktyor xanımı ilə evində ölü tapıldı KONKRET

27.02.2025

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Hollivud ulduzu Cin Hekman və həyat yoldaşı Betsi Arakava evlərində ölü tapılıb.

KONKRET.az globalinfo.az-a istinadən xəbər verir ki, onların ölüm səbəbi açıqlanmayıb.

“Buna baxmayaraq, polis zorakılıq əlamətlərinin görünmədiyini deyib”, – deyə nəşr bildirib.

Qeyd olunub ki, cütlüyün sözügedən mənzili ABŞ-ın Nyu-Meksiko ştatının Santa Fe şəhərində yerləşir.

Xatırladaq ki, cütlük 1991-ci ildə ailə həyatı qurub. C.Hekman “Western Unforgiven” filmindəki roluna görə “Oskar” mükafatını qazanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью