Məşhur aktyor xəstəlikdən əziyyət çəkən oğlunu sığınacağa yerləşdirdi

21.04.2025

Icma.az, Baku.ws portalına istinadən məlumat verir.

Hollivud ulduzu Kolin Farrel oğlu Ceymsi qayğıya ehtiyacı olan şəxslər üçün nəzərdə tutulan sığınacağa yerləşdiriblər.

BAKU.WS xəbər verir ki, aktyorun Kim Bordenave ilə evliliyindən dünyaya gələn Ceyms uzun  illərdir "Angelman" sindromundan əziyyət çəkir. Bu genetik və nadir xəstəlikdir. 

Bu səbəbdən Kolin "Candis Magazine"ə açıqlamasında oğlunu sığınacağa yerləşdirməyi qərara aldığını deyib. 

"Bu çətin bir vəziyyətdir. Bəzi valideynlər "uşağıma özüm qayğı göstərmək istəyirəm" deyirlər və buna hörmət edirəm. Ancaq bu məmni qorxudur: ya sabah infarkt keçirsəm, ya da Ceyms anasını yol qəzasında itirsə tək qalacaq? Biz sağ olduğumuz müddətdə hər zaman onu ziyarət edib istədiyi yerə aparacağıq" -deyə aktyor qeyd edib. 

Xatırladaq ki, Kolinin Ceymsdən başqa bir oğlu da var. 

Qalereya

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью