Məşhur aktyor xəstəxanalıq oldu

09.04.2025

News24 saytından alınan məlumata görə, Icma.az bildirir.

Məşhur komediya aktyoru Ceff Ross Kaliforniyada bir nəfərlik şousunun Take a Banana for the Ride açılış gecəsindən sonra restorana gedib. Burada “burrata dondurması” yeyən amerikalı ulduzda qısa müddətdə allergik reaksiya yaranıb.

News24.az xəbər verir ki, şişmiş üzünü və dodaqlarını İnstaqram hesabında izləyiciləri ilə paylaşan Ross gecəni təcili yardım otağında keçirdiyini açıqlayıb.

Tərkibində mozzarella pendiri, qaymaq və italyan pendiri olan burrata dondurmasında hansı qidanın Ceff Rossun bədənində allergik reaksiyaya səbəb olduğu hələ dəqiq bilinmir. Məşhur komediya ustası tezliklə səhnəyə qayıdacağını bildirib.

Günel Məlikzadə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью