Məşhur aktyor xəstəxanaya yerləşdirildi FOTO

17.01.2026

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyəli məşhur aktyor Ufuk Özkan xəstəxanaya yerləşdirilib.

Milli.Az xəbər verir ki, qaraciyər çatışmazlığı səbəbindən bir müddətdir müalicə alan aktyor üçün edilən təcili donor çağırışı davam edir.

Uzun müddətdir qaraciyər çatışmazlığı ilə mübarizə aparan 50 yaşlı aktyor, ötən gün səhhətinin ağırlaşması səbəbindən xəstəxanaya yerləşdirilib.

Özkanın qardaşı verdiyi açıqlamada aktyorun təcili orqan köçürülməsinə ehtiyac duyduğunu bildirib.

Sənət camiəsi isə Özkan üçün uyğun donorun tapılması məqsədilə səfərbər olub.

Mina Mikayılova
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью