Məşhur aktyor yeni Ceyms Bond oldu

17.11.2026

Icma.az bildirir, Axsham.az portalına istinadən.

Britaniyalı aktyor Robert Pattinson məşhur "Ceyms Bond" obrazını canlandıracaq.

Axşam.az xəbər verir ki, bu barədə “Amazon MGM Studios” rəsmi açıqlama yayıb.

40 yaşlı aktyor 2021-ci ildə "No Time to Die" filmi ilə obrazla vidalaşan Daniel Kreyqi əvəz edəcək. Beləliklə, Pattinson 007 obrazını canlandıran yeddinci aktyor olacaq.

Yeni Ceyms Bond filminin rejissoru "Dune" filmləri ilə tanınan Denis Villeneuve olacaq. Filmin ssenarisini isə "Peaky Blinders" serialının yaradıcısı Stiven Nayt yazacaq.

Yeni Ceyms Bond filminin çəkilişlərinə 2027-ci ildə başlanması gözlənilir.

Qeyd edək ki, Robert Pattinson "Harri Potter", "Alatoranlqı" və "Betmən" filmlərindəki rolları ilə məşhurlaşıb. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью