Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Məşhur aktyor Engin Altan Düzyatana ağır itki üz verib.
BAKU.WS xəbər verir ki, onun atası Mövlan Düzyat vəfat edib.
Bu barədə Engin sosial şəbəkədə bildirib.
O "Atam Mevlan Düzyatanı itirməyin böyük kədərini yaşayırıq" deyə qeyd edib.
Engin Altan Düzyatanın böyük qayınanası, məşhur aktrisa Hülya Koçyiğit sosial şəbəkədə nəvəsinin həyat yoldaşı olan Enginə başsağlığı verib.
O ailə fotonu paylaşaraq bunları yazıb:
"Bu gün ailəmizin sevimli üzvü ilə vidalaşmağın kədərini yaşayırıq. Əziz oğlumuz Engin Altan Düzyatanın dəyərli atası Mövlan Düzyatanın itkisindən dərin kədər hissi duyuruq. Oğlumuz Engin Altan Düzyatanın kədərini ürəkdən bölüşür, mərhum üçün Allahdan rəhmət diləyirik".
Qeyd edək ki, Engin Altan Düzyatan, 2014-cü ildə Hülya Koçyiğitin nəvəsi Neslişah Alkoçlar ilə ailə qurub. Cütlüyün Emir Aras və Alara adlı övladları var.