Məşhur aktyorla xanımının cəsədi niyə bir aydır morqdadır?

28.03.2025

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

Bir ay əvvəl evlərində ölü tapılan “Oskar” mükafatlı amerikalı aktyor Cin Hekman və pianoçu həyat yoldaşı Betsi Arakavanın meyiti hələ də tibbi ekspertizasının morqunda saxlanılır.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, cütlüyün övladları cəsədləri götürməkdən imtina ediblər.

Cin Hekmanın keçmiş həyat yoldaşı Faye Maltesedən olan qızları atalarının ölüm xəbərindən sonra birgə bəyanat yayaraq, bu itkidən məyus olduqlarını bildirmişdilər.

Qeyd edək ki, 95 yaşlı Hekman və 65 yaşlı Arakava fevralın 26-da ABŞ-ın Santa-Fe şəhərindəki evlərində ölü tapılıb. Səlahiyyətlilər Arakavanın fevralın 11-də gəmiricilər tərəfindən ötürülən hantavirus xəstəliyindən öldüyünü açıqlayıb. Alzheimer xəstəsi olan Hekmanın isə bir həftə sonra öldüyü məlum olub. Cütlüyün itinin də aclıq və susuzluqdan öldüyü müəyyən edilib.

Fotoda Cin Hekmanın qızları:

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью