Məşhur aktyorlar 10 il sonra yenidən bir arada

18.06.2026

Icma.az, Baku.ws saytına istinadən bildirir.

Aktrisa Eda Ece həmkarı Buğra Gülsoy ilə başqa bir layihədə yenidən bir araya gələcək.

BAKU.WS xəbər verir ki, Nişantaşında görüntülənən aktrisa bu barədə özü məlumat verib.

Eda qeyd edib ki, 10 ildən sonra Buğra Gülsoy ilə kamera qarşısına keçmək üçün indidən həyəcanlanır:

"Avqustda yeni serialımızın çəkilişləri başlayır. Həyəcanla o günü gözləyirəm. Çox gözəl bir layihə olacaq. Ən böyük həyəcan;m isə də Buğra Gülsoy ilə illər sonra yenidən tərəf müqabili olacağımdır".

Qeyd edək ki, Eda Ece və Buğra Gülsoy sonuncu dəfə 2016-cı ildə ekranlara çıxan və böyük rəğbət qazanan "Görümce" bədii filmində birlikdə baş rolları paylaşmışdılar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью