Məşhur aktyorlar bu səbəbdən seriallardan QOVULUBLAR

29.01.2026

Icma.az, Baku.ws saytına istinadən bildirir.

Türkiyədə narkotik əməliyyatları çərçivəsində aparılan istintaq zamanı saxlanılan aktyor Doğukan Güngörün test nəticələri pozitiv çıxdığı üçün o rol aldığı serialdan çıxarıldı. Ötən gün Doğukan göz yaşları içində son dəfə "Kızılcık Şerbeti" heyəti ilə vidalaşdı və çəkiliş meydanından ayrıldı.

Doğukana qarşı atılan bu addım bir zamanlar seriallardan qovulan türkiyəli məşhurları da yenidən gündəmə gətirdi. Həmin aktyorlar çəkiliş meydanından ya qovulub ya da mədəni sürətdə çıxarılıblar. Onların seriallardan qovulma səbəbləri isə müxtəlifdir.

Bu dəfə BAKU.WS oxuculara Türkiyədə seriallardan qovulan məşhurların adlarını təqdim edir:

Aktyor Caner Kurtaran

O narkotik maddəyə görə rol aldığı "Yaprak dökümü" serialından qovulub.

Aktyor Dağhan Külegeç

Aktyor "Kavak yelleri" serialında rejissorla dalaşdığı üçün çəkilişdən qovulub.

Aktrisa Nurana Bagieva

Aktrisa "Göç zamanı" serialında açıq-saçıq səhnəyə çəkilmədiyi üçün serialdan qovulub.

Aktrisa Ceren Hindistan

Rol aldığı "Sakarya fırat" serialında çəkilişləri ləngitdiyi üçün ekran işindən çıxarılıb.

Aktrisa Qonca Vuslateri

Aktrisa "Gönül işleri" serialında həmkarı Can Yamanla öpüşdüyü üçün serialdan çıxarılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью