Icma.az, Axsham.az saytına istinadən bildirir.
Məşhur aktyor Eddi Merfinin ikinci nəvəsi olacaq.
Axşam.az xəbər verir ki, aktyorun oğlu Erik Merfi və məşhur aktyor Martin Lourensin qızı Jasmin Lourens ilk övladlarının olacağını açıqlayıblar.
Ötən ilin mayında ailə quran cütlük bu barədə sosial media hesablarında paylaşım ediblər.
Xatırladaq ki, Eddi Merfi Hollivudun ən məşhur aktyor və komediya ustalarından biri olmaqla yanaşı, 10 övlad atasıdır.
Qeyd edək ki, bu körpə Eddi Merfinin ikinci nəvəsi olacaq. Aktyorun daha əvvəl oğlu Mayls Merfidən bir nəvəsi dünyaya gəlib.