Reyting.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Hollivud ulduzu, aktyor və rejissor Silvester Stallonenin həyat yoldaşı və qızları ilə rəqsi onun pərəstişkarlarının sevincinə səbəb olub, görüntülər böyük maraqla izlənilib.
Reyting.az-ın məlumatına görə, məşhur amerikalı aktyor Silvester Stallonenin əyləncəli və gülüş doğuran bir ailə videosu lentə alınıb. "Rokki" filminin ulduzu videosunu fevralın 24-də “İnstaqram” səhifəsində paylaşıb.

Videoda 78 yaşlı aktyordan başqa onun həyat yoldaşı Cennifer Flavini, qızları Sofiya və Sistini də görünür. Onlar Qven Stefaninin ifasında səslənən, eləcə də sevilən "Luxurious" mahnısına əvvəlcə rəqs edir, daha sonra isə rəqs edənlərin hər biri nəyə qadir olduqlarını nümayiş etdirirlər.
Hollivudun qocaman ulduzu lentə aldığı videoya altyazı kimi yazıb: "Hamı mənim qızlarım kimi geyinib!".
Video: My Webpage
Oqtay QORÇU