Məşhur aktyorun baş rolda çəkiləcəyi filmin adı gizli saxlanılır

04.04.2025

Icma.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Hollivudun kino ulduzu Bred Pittin rejissor Devid Finçerin hələlik adı gizli saxlanılan yeni filmində rol alacağı bildirilir. Məşhur rejissorun "Netflix" üçün film çəkəcəyi xəbərini "Netflix" mənbələri də təsdiqləyib.
Reyting.az
"Coming Soon" nəşrinə istinadla xəbər verir ki, bundan əvvəl Bred Pitt ilə rejissor Devid Finçer üç dəfə - 1995, 1999, 2008-ci illərdə əməkdaşlıq ediblər. Bu ekran əsəri hər iki məşhurun növbəti və həmçinin dördüncü birgə yaradıcı əməkdaşlığı olacaq.
Yeni lentə alınacaq bu filmin Hollivudun başqa rejissorunun əvvəl çəkdiyi filminin davamı olacağı haqqında şayiələr yayılıb. Lakin "Netflix", eləcə də rejissor bu filmin süjeti, personajları, eyni zamanda da Pitt istisna olmaqla, əsas rollar üçün seçilmiş aktyorlar, aktrisalar barədə təfərrüatları tamamilə gizli saxlamağa qərar verib. Bu, çəkiləcək yeni film tanınmış bu rejissorun müqaviləyə görə, "Netflix" ilə 2027-ci ilə qədər davam edəcək çoxillik əməkdaşlıq müqaviləsinin bir hissəsi olacaq. Rejissor Bred Pittlə birlikdə yaxın vaxtlarda lentə alacağı filmdən əlavə, hazırda digər bir filmin üzərində də işləyir.
Bred Pitt artıq mövsümü iki yeni filmlə başa vurub. Pitt "Formula 1" idman filmindən sonra başqa bir ekran əsərində görsənəcək. Hücum iti ilə səhrada sağ qalmağı bacaran Amerika ordusunun, Xüsusi Təyinatlı Qüvvələrinin keçmiş əsgərini canlandıran ulduz aktyor hazırda "Vəhşinin ürəyi" macəra filmi üzərində işləyir.
Oqtay QORÇU
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью