Məşhur aktyorun idarə etdiyi təyyarə qəzaya uğradı

03.10.2026

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

46 yaşlı israilli aktyor Qay Kapulnikin idarə etdiyi yüngülmotorlu təyyarə ABŞ-də qəzaya uğrayıb.

Bakıvaxtı.az xəbər verir ki, təyyarə 24 sentyabrda Kaliforniyanın Hesperia hava limanı yaxınlığında qəzaya uğrayıb. Aktyor "Aeronca Champion" təyyarəsini idarə edirmiş. Təyyarənin göyərtəsində Kapulnikin uçmağı öyrətdiyi sərnişin olub. Aktyor və qadın qəzadan sağ çıxa bilməyiblər.

Qəzanın səbəbi hələ də məlum deyil. Federal Aviasiya Administrasiyası və Milli Nəqliyyat Təhlükəsizliyi Şurası araşdırma aparır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью