Məşhur aktyorun meyiti tapıldı

14.11.2024

Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Koreya dramlarında oynadığı rollarla məşhurlaşan keçmiş model Cənubi Koreyalı aktyor Song Jae Lim Seulda ölü tapılıb.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, onun 39 yaşı var idi.

Aktyorun meyitini həmin gün onunla nahar etməyi planlaşdıran dostu aşkar edib. Polis heç bir cinayət sübutu tapmadığını bildirib.

"Bizim ilkin araşdırmamız hələ ki, cinayət fəaliyyətinin əlamətlərini aşkar etməyib. Ailə yarılma aparmaq istəmədiyi üçün mərhumun cəsədini ailəsinə təhvil verəcəyik ", - polis CNN-ə bildirib. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью