Məşhur aktyorun səhhəti pisləşdi: Körpə kimi davranır

10.11.2026

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Məşhur amerikalı aktyor Brüs Uillisun demensiya xəstəliyi getdikcə irəliləyir.

"Cebheinfo.az" xəbər verir ki, ailəsinə yaxın şəxslərin mediaya verdiyi məlumata görə, 71 yaşlı aktyorun idrak qabiliyyəti zəifləyib. Bu vəziyyət onun davranışlarında da özünü göstərir və o, bəzən körpə kimi reaksiya verir.

Bildirilir ki, Uillis bəzi hadisələr qarşısında maraqla ətrafa baxan körpə təəssüratı yaradır. Hollivuddan olan dostlarının da onu ziyarət etmə tezliyi azalıb. Ailəsi isə köhnə dostları ilə görüşməyin aktyorun yaddaşına müsbət təsir göstərdiyini bildirir.

Qeyd edək ki, Brüs Uillisə 2022-ci ildə nitq qabiliyyətinə təsir edən afaziya diaqnozu qoyulub. 2023-cü ildə isə aktyora demensiya diaqnozu qoyulduğu açıqlanıb.

Əfsanə
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью