Məşhur aktyorun səhhətində problem Kim olduğunu xatırlamır

22.07.2025

Icma.az bildirir, Azxeber.com portalına istinadən.

Hollivudun əfsanəsi Brüs Uillisin səhhəti pisləşir.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, 2022-ci ildə "afaziya" diaqnozu qoyulan aktyorun vəziyyəti sağalmaz "frontotemporal demensiya"ya çevrilib.

Qızı Tallulah Uillisin dediyinə görə, artıq danışa, oxuya və yeriyə bilməyən aktyorun yaddaşında ciddi problemlər var və hətta keçmişdə kim olduğunu xatırlamaqda çətinlik çəkir.

Məşhur aktyorun təkcə motor bacarıqları ilə deyil, həm də məşhur statusunu və ya iştirak etdiyi layihələri xatırlamaqda çətinlik çəkdiyi bildirilir. Bu, xəstəliyin onun psixi funksiyalarını ciddi şəkildə zədələdiyini göstərir.

Gülay

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью