Məşhur akytor öldü

30.10.2026

Modern.az saytına istinadən Icma.az xəbər verir.

“Ulduz yolu: Növbəti nəsil” serialında kapitan Jan-Lük Pikard, “İks-adamlar” film franşizasında isə professor Çarlz Ksavyer obrazları ilə məşhurlaşan britaniyalı aktyor, ser Patrik Stüart 86 yaşında vəfat edib.

Modern.az xəbər verir ki, aktyor oktyabrın 28-də Los-Ancelesdəki evində dünyasını dəyişib. Bu barədə onun uzun illər şəxsi nümayəndəsi olmuş Kelli Buş Novak “The Guardian” nəşrinə məlumat verib.

Nümayəndəsinin sözlərinə görə, Patrik Stüartın həyatının son günləri Altsheymer xəstəliyi və Levi cisimcikli demensiya ilə mübarizə şəraitində keçib. O, açıqlamasında aktyorun ailə üzvləri və dostlarının əhatəsində olduğunu, son anlarında musiqi səsləndiyini, duaların edildiyini bildirib.

Patrik Stüart 1940-cı il iyulun 13-də İngiltərənin Qərbi Yorkşir qraflığının Mirfild şəhərində anadan olub.

Onun aktyorluq karyerası 60 ildən çox davam edib. Beynəlxalq şöhrət qazanmamışdan əvvəl uzun illər teatr səhnəsində çalışıb, Uilyam Şekspirin əsərləri əsasında hazırlanan tamaşalarda müxtəlif rollar ifa edib.

1966-cı ildə Kral Şekspir Teatrı şirkətinə qoşulan aktyor təxminən üç onillik ərzində bu kollektivlə əməkdaşlıq edib.

Stüarta dünya şöhrəti gətirən obraz 1987-1994-cü illərdə yayımlanan “Ulduz yolu: Növbəti nəsil” serialında kosmik gəmi “Enterprise”in kapitanı Jan-Lük Pikard olub.

O, həm tammetrajlı filmlərdə, həm də “Ulduz yolu: Pikard” serialında sevilən personajı canlandırıb.

Patrik Stüartın digər məşhur obrazı telepatik qabiliyyətlərə malik və İks-adamların qurucusu olan professor Çarlz Ksavyer idi.

Aktyor iyirmi ildən artıq müddətdə franşizanın bir neçə filmində bu obrazı canlandırıb. Bununla da Marvel kino kainatının ən çox tanınan aktyorlarından birinə çevrilib.

2010-cu ildə Patrik Stüart dramatik sənət sahəsindəki xidmətlərinə görə cəngavər tituluna layiq görülüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью