Azpost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Mərhum prezident Heydər Əliyev Moskvadan qayıtdıqdan sonra bir neçə il Naxçıvanda yaşayıb.
1990-cı il iyulunda SSRİ-nin paytaxtından vətəninə doğru yol alan Heydər Əliyev Bakıya gəlsə də o zamankı iqtidarın təhdidləri üzündən şəhəri tərk etməyə məcbur oldu.
Naxçıvana gedən H.Əliyev oradan Azərbaycanın gur siyasi həyatına qoşuldu.
1990-cı ildə Azərbaycan Ali Sovetinin deputatı seçilən H.Əliyev daha sonra Naxçıvan Ali Məclisinin sədri oldu.
Naxçıvanda yaşadığı 3 il ərzində Azərbaycanın tanınmış siyasətçiləri, ictimai xadimləri, yazar və ədəbləri H.Əliyevin görüşünə gələrək onu ziyarət ediblər.
Azpost.info “FOTOXRONİKA” layihəsi çərçivəsində bu unikal fotonu təqdim edir.
Şəkildə H.Əliyevin ziyarətinə gəlmiş Azərbaycanın tanınmış ziyalıları əks olunub.