Məşhur amerikalı rep ifaçısı Kardi B xəstəxanaya yerləşdirilib

05.11.2024

Oxumeni.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Məşhur amerikalı rep ifaçısı Kardi B xəstəxanaya yerləşdirilib

Məşhur amerikalı rep ifaçısı Kardi B (əsl adı Belcalis Marlenis Almanzar) təcili xəstəxanaya yerləşdirilib. O, bu barədə X-dəki səhifəsində məlumat verib.

Səhhətində yaranan problemlərə görə sənətçi ONE Musicfest-dəki çıxışını ləğv edib. “Bu həftə sonu pərəstişkarlarımı görə bilməyəcəyim ürəyimi parçalayır, çox istərdim ki, orada ola bilim. Anladığınız üçün təşəkkür edirəm, tezliklə sağalıb qayıdacağam və daha da yaxşı və güclü olacağam. narahat olmayın. Hamınızı sevirəm”, o yazıb.

Bundan əvvəl hip-hop ifaçısı Ofset (əsl adı Kiari Kendrell Seaphus) Cardi B-ni hamilə olarkən ona xəyanət etməkdə günahlandırmışdı.

Oxuməni.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью