Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Məşhur Britaniyalı televiziya aparıcısı və jurnalist Keyt Qarrauey taksidə dişlərini zədələdiyini açıqlayıb.
BAKU.WS xəbər verir ki, o, qırılmış dişlərinin görüntüsünü paylaşıb.
Qarrauey ön dişlərindəki qırığı göstərib. O bildirib ki, bədbəxt hadisə həftəsonu taksidə olarkən başına gəlib. Aparıcının dişlərinin qırılmasına səbəb nəqliyyat vasitəsinin şüşələri olub.
"Ön dişlərdəki qırıqlar efirə çıxmazdan əvvəl düşdü", - deyə o bildirib.
Jurnalistin sözlərinə görə, kamerada yaxşı görünmək üçün qırılmış hissələri təcili olaraq dişlərinə yapışdırmalı olub. Qarrauey əlavə edib ki, çəkilişdən sonra ona müvəqqəti protezlər taxan diş həkiminə baş çəkib.